“Bavariya” futbolçusu Robert Levandovski ilə müqaviləni uzatmağa qərar verib.
Lent.az-ın “Apasport.az”a istinadən məlumatına görə, bunu Almaniya klubunun baş direktoru Oliver Kan açıqlayıb.
O, polşalı hücumçu ilə anlaşmanın nə zaman uzadılacağına aydınlıq gətirib: “Biz bir neçə layiqli futbolçu ilə danışıqları yazda aparmaq istəyirik. Əlbəttə ki, onlardan biri Robertdir. Amma indi mövsümün həlledici fazasıdır. Biz də bu oyunlara köklənmək istəyirik. İndi hər matç finala çevrilib”.
Qeyd edək ki, Levandovskinin anlaşması 2023-cü ilin yayında başa çatacaq.