"Bavariya" "Mançester Siti"nin müdafiəçisini almaq istəyir
30 yanvar 2023 18:00 (UTC +04:00)

"Bavariya" "Mançester Siti"nin müdafiəçisini almaq istəyir

"Bavariya" "Mançester Siti"nin müdafiəçisi Joao Kanselonu transfer etmək niyyətindədir. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “The Athletic”in jurnalisti Devid Orşteyn “Twitter” səhifəsində yazıb.

Mənbənin məlumatına görə, “Bavariya” portuqaliyalı müdafiəçini icarəyə götürmək, eyni zamanda icarə müqaviləsində Kanselonu almaq imkanını qa qeyd etdirmək də istəyir. Qeyd olunur ki, Münhen klubu futbolçunu uzun müddətdir izləyir və onun "Mançester Siti" ilə son oyunlarda oynama müddətindən narazı qalması fonunda onunla müqavilə imzalamaqda qərarlıdır.

28 yaşlı Kanselu 2019-cu ildən "Mançester Siti"də çıxış edir. Ümumilikdə portuqaliyalı İngiltərə klubunun heyətində 154 oyun keçirib, 9 qol vurub və 22 məhsuldar ötürmə edib. 

Kanselu əvvəllər "Benfika", "İnter", "Valensiya" və "Yuventus"da çıxış edib. “Transfermarkt” müdafiəçini 70 milyon avro qiymətləndirir.


 

# 1374
avatar

Oxşar yazılar