"Bavariya" klubun  transfer rekordunu   qıra bilər
31 iyul 2023 17:00 (UTC +04:00)

"Bavariya" klubun transfer rekordunu qıra bilər

"Bavariya" hazırkı transfer pəncərəsində "Tottenhem"in hücumçusu Harri Keyni transfer etmək üçün klubun transfer rekordunu qırmağa hazırdır.

Lent.az bildirir ki, bu barədə iyulun 31-də “Sky Sports” xəbər verir.

Hazırda Almaniya klubunun rekord transferi müdafiəçi Luka Hernandesdir. 2019-cu ildə "Bavariya" onu "Atletiko”dan 80 milyon avroya alıb. Seneqallı hücumçu Sadio Manenin Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna satılması "Bavariya"ya London klubu ilə anlaşmanı tamamlamağa kömək edəcək.

Xatırladaq ki, Keyn 2011-ci ildən "Tottenhem"də çıxış edir. Bu müddət ərzində o, komandanın heyətində 480 oyun keçirib və 280 qol vurub. Harri həm də İngiltərə tarixinin bombardiridir. O, millinin heyətində 58 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596
avatar

Oxşar yazılar