Kanadanın Regina Universitetinin alimləri müəyyən ediblər ki, travmatik beyin xəsarətləri təkcə insan həyatı üçün dərhal təhlükə yaratmır, həm də ürəkdə fəsadlar yarada bilər.
Lent.az xəbər verir ki, bu barədə araşdırmanı “The Conversation” elmi nəşri dərc edib.
Mütəxəssislərin fikrincə, təmas idmanı zamanı və ya sadəcə səhlənkarlıq səbəbindən baş verə biləcək zərbələr bədəni stress rejiminə keçirərək, ürək döyüntüsünə təsir edir.