Alman məşqçi Hans-Diter Flik "Barselona" ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis Xavidən 30 faiz az maaş alacaq. Bununla belə, Flik klubun maliyyə çətinlikləri olduğunu anladığı üçün komandanı yarı maaşla çalışdırmağa hazırdır.
"Barselona" mayın 24-də İspaniya La Liqasının 38-ci turunda "Sevilya" ilə oyundan sonra 44 yaşlı Xavinin postunu tərk edəcəyini açıqlayıb. Oyun bazar günü, mayın 26-da baş tutacaq.
Flik daha əvvəl "Bavariya"nı və Almaniya millisini çalışdırıb.