PSJ-nin baş məşqçisi Luis Enrike "Barselona"ya mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, jurnalist Dani “il özünün X sosial şəbəkəsində (keçmiş Twitter) Enrikedən sitat gətirir: "Bu barədə deyəcək heç nəyim yoxdur".
Xatırladaq ki, daha əvvəl “Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Daha əvvəl bildirilirdi ki, “Barselona” futbolçuları Xavi klubdan ayrıldıqdan sonra Luis Enrikeni komandanın yeni baş məşqçisi kimi görmək istəyirlər.
Enrike 2023-cü ilin iyulundan PSJ-yə rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir.
Qeyd edək ki, Enrike artıq 2014-2017-ci illərdə "Barselona"ya rəhbərlik edib. Həmçinin məşqçilik karyerası ərzində Enrike İspaniya millisində, “Selta”, “Roma” və “Atletik”də də baş məşqçi olub.