“Barselona”nın müdafiəçisinə bu müğənniyə görə səs vermədilər
06 sentyabr 2023 17:16 (UTC +04:00)

“Barselona”nın müdafiəçisinə bu müğənniyə görə səs vermədilər

“Barselona”nın müdafiəçisi Alexandro Baldenin amerikalı müğənni Taylor Sviftin mahnılarını “bəyənmirəm” deməsi, başına bəla olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, müğənnin pərəstişkarları futbolçunun bu sözünə görə Avropada ilin ən yaxşı oyunçusu mükafatını qazanma yarışında ona səs verməyiblər.

Balde səsvermədə öndə olsa da, müğənninin pərəstişkarları cəmi bir neçə dəqiqə ərzində 70 minə yaxın səs toplayan rəqibi “Real Madrid”dən Cude Bellinqhemi dəstəkləməyə başlayıblar.

Qeyd edək ki, Balde bu yaxınlarda Taylor Svift haqqında danışaraq, onun musiqisini sevmədiyini etiraf edib.

19 yaşlı Balde ötən mövsüm “Barselona”nın heyətində 44 oyuna çıxıb və 1 qol vurub. “Real Madrid”in yarımmüdafiəçisi Bellinqhem ötən mövsüm Dortmund “Borussiya”sında çıxış edib və 42 oyunda 14 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6309
avatar

Oxşar yazılar