"Barselona"nın 2025-ci il üçün transfer planı  AÇIQLANDI
09 sentyabr 2024 09:22 (UTC +04:00)

"Barselona"nın 2025-ci il üçün transfer planı AÇIQLANDI

İspaniya La Liqasında mövsümə çox yaxşı başlayan "Barselona" gələn il üçün transfer planlarını qurur. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kataloniya komandasının yay transfer dönəmində klubları ilə müqavilələri bitəcək Conatan Tah və Coşua Kimmixi heyətinə qatmaq istədiyi iddia edilirdi. 

Hansi Flikin rəhbərliyi altında mövsümə 4 oyundan 4 qələbə ilə başlayan və İspaniya La Liqasında 12 xal toplayan "Barselona" gələn ilki transfer üçün heyətinə 2 ulduz əlavə etməyi planlaşdırır. 

İspaniya mətbuatında yer alan xəbərə görə; "Barselona"nın gələn yay transferlərə daha az pul xərcləmək istədiyi, Conatan Tah və Coşua Kimmixin prioritet hədəflər olduğu bildirilib. 

Tah və Kimmixin klubları ilə müqavilələrini yeniləmək istəmədikləri, "Barselona"nın baş məşqçisi Hansi Flikin isə hər iki futbolçunu komandada görmək istədiyi bildirilib.

"Real"ın da iki futbolçu ilə maraqlandığı iddia edilir. 

"Barselona" yay transfer dövründə heyətini iki futbolçu ilə gücləndirib.

"Leypsiq"dən Dani Olmonu və "Jirona"dan Pau Viktoru transfer edən "Barselona" 9 futbolçu ilə yollarını ayırıb.

Kataloniya komandası 4 futbolçunu icarəyə göndərib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774
avatar

Oxşar yazılar