"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq etiraf edib ki, Kataloniya klubu maliyyə problemi olanda "Mançester Yunayted"ə keçə bilərdi.
“Klub çətin vəziyyətdə idi və məni çox pula sata bilərdilər. Onlar bunu etmək istədilər və “Mançester Yunayted”lə danışıqlar apardılar, amma mən ayrılmaq istəmədim və buna görə də qaldım”, - Lent.az xarici mediaya istinadən bildirir ki, de Yonq deyib.
26 yaşlı de Yonq "Barselona"ya 2019-cu ildə Amsterdamın "Ayaks" klubundan keçib. Kataloniya klubu hollandiyalı yarımmüdafiəçi üçün 86 milyon avro ödəyib.
Böhran zamanı "Barselona" hollandiyalı futbolçunu sata bilərdi, lakin ondan maaşının kəsilməsini istəyib. De Yonqun komanda ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Bu mövsüm o, İspaniya çempionu olub.