"Barselona"nın baş məşqçisi Xavi gələcəyi haqda danışıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ispan mütəxəssis qeyd edib ki, “mavi qranatlar” rəhbərliyin qarşıya qoyduğu məqsədlərə nail ola bilməsə, klubu tərk edəcək.
“Mən bura gələndə bizdən dördüncü yeri tutmağı tələb etdilər və biz ikinci olduq. Keçən il hədəf liqanı qazanmaq idi. Bu il - vacib titullar, Kubok, Çempionlar və ya Çempionlar Liqası qazanmaq. Məqsədlərə çatılmasa, gedəcəm. Biz uğura uğursuzluqdan qat-qat yaxınıq”, - Xavi “X” sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Bu mövsüm La Liqanın 19 turundan sonra "Barselona" lider "Jirona"dan 8 xal geri qalaraq turnir cədvəlində üçüncü yerdədir. Xavi 2021-ci ilin payızında 3 illik müqavilə imzalayaraq "Blauqrana"ya rəhbərlik edir. 2022/2023 mövsümündə onun rəhbərliyi altında "Barselona" İspaniya çempionu olub.