"Barselona"nın baş məşqçisi Xavi hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Lent.az xarici mətbuata istinadən bildirir ki, ispan mütəxəssis deyib: "Messi "Barselona"nın onun evi olduğunu bilir və qapılarımız onun üzünə açıqdır, mən bunu dəfələrlə demişəm".
Qeyd edək ki, argentinalının PSJ-dən müqaviləni uzatmaq təklifi var, lakin 2021-ci ilin yayında pulsuz olaraq tərk etdiyi Kataloniya klubunun düşərgəsinə qayıda bilər.