"Barselona" və "Mançester Siti"nin keçmiş qapıçısı  karyerasını bitirdi
27 avqust 2024 18:15 (UTC +04:00)

"Barselona" və "Mançester Siti"nin keçmiş qapıçısı karyerasını bitirdi

41 yaşlı çilili qapıçı Klaudio Bravo karyerasını başa vurduğunu açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Betis"in və Çili millisinin qapıçısı Klaudio Bravo sosial şəbəkələrdə qərarını açıqlayıb.

“Sizə bildirmək istəyirəm ki, peşəkar futbolu tərk edirəm. Ailə səviyyəsində müzakirə etdiyimiz düzgün, düşünülmüş qərar verdim. Həyatımın bu çox vacib dövrünü başa vurmağın və yeni, ailə mərhələsinə başlamağın vaxtı gəldi”, - Bravo bildirib.

Bravo həmçinin “Kolo-Kolo”, “Real Sosyedad”, “Barselona” və “Mançester Siti” klublarında da oynayıb. O, ikiqat Çili çempionu, üçqat Kral Kubokunun, İspaniya Superkubokunun qalibi, ikiqat İspaniya çempionu, Klublararası Dünya Çempionu, UEFA Super Kubokunun, Çempionlar Liqasının, ikiqat İngiltərə Super Kubokunun, üç dəfə İngiltərə Liqa Kubokunun, FA Kubokunun qalibi, ikiqat İngiltərə çempionu və ikiqat Amerika Kubokunun qalibidir.

Bravo 20 il Çili millisində çıxış edib. Onun millinin forması ilə 150 oyunu var. Milli komandanın üzvü kimi o, iki dəfə Amerika Kubokunun qalibi olub. Qapıçı iki dəfə ilin ən yaxşı Çilili futbolçusu kimi tanınıb və üç dəfə çempionatın ən yaxşı qapıçısı kimi mükafat alıb (iki dəfə Çilidə və bir dəfə İspaniyada).


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357
avatar

Oxşar yazılar