Moskva “Lokomotiv”inin keçmiş icraçı direktoru, hazırda isə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik İspaniyanın “Barselona”sına rəhbərlik edə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, Kataloniya komandasının prezidenti Joan Laporta 65 yaşlı alman mütəxəssisin namizədliyini çox bəyənir.
Ranqnik 2021-ci ilin iyulundan noyabrına kimi “Lokomotiv”i çalışdırıb. 2021-ci ilin dekabrından İngiltərənin "Mançester Yunayted"inə rəhbərlik edib, lakin 2022-ci ilin mayında komandadan ayrılıb.
Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi bu mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb. Mütəxəssis kluba 2021-ci il noyabrın 6-dan rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya klubu iki kubok - İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.