"Arsenal" "Barselona"nın hücumçusu Rafinyanı transfer etməyə çalışır.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat yazır.
Mənbənin məlumatına görə, 2023-cü ilin yanvarında “topçular” 70 milyon avroluq transfer təklifi etmişdilər. Kataloniyalılar bundan imtina ediblər. Bu qərara nəyin səbəb olduğu açıqlanmır, baxmayaraq ki, əvvəllər kataloniyalıların braziliyalının çıxışından məyus olduğu və onu başqa komandaya satmaq istədiyi bildirilirdi.
Xatırladaq ki, Rafinya 58 milyon avroya "Lids"dən "Barselona"ya keçmişdi. 26 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 32 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.