"Barselona"-"Mançester Yunayted" oyununda yeni REKORD
17 fevral 2023 13:23 (UTC +04:00)

"Barselona"-"Mançester Yunayted" oyununda yeni REKORD

“Barselona” – “Mançester Yunayted” matçında Avropa Liqasında yeni tamaşaçı rekordu müəyyənləşdirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Nou Camp” stadionunda keçirilən matçı 90 255 tamaşaçı izləyib. Bu oyun Avropa Liqasında əvvəlki tamaşaçı rekordunu təxminən 10.000 izləyici sayı ilə üstələyib.

Belə ki, 2017-ci il fevralın 23-də 1/16 final mərhələsinin “Tottenhem” – “Gent” matçının keçirildiyi “Uembli” stadionuna 80 465 nəfər gəlib.

Xatırladaq ki, dünən, fevralın 16-da “Barselona” və İngiltərənin “Mançester Yunayted” komandaları arasında Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu başa çatıb. Görüş 2:2 hesabı ilə başa çatıb. “Yunayted” və “Barselona” arasında cavab oyunu fevralın 23-də Mançesterdə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671
avatar

Oxşar yazılar