"Barselona" futbolçusunu "Atletiko Madrid"ə göndərib
26 avqust 2024 14:13 (UTC +04:00)

"Barselona" futbolçusunu "Atletiko Madrid"ə göndərib

Müdafiəçi Klement Lenqlet Kataloniya "Barselona"sından "Atletiko Madrid"ə keçib.

Apasport.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 

Fransalı futbolçu cari mövsümün sonuna kimi “Atletiko”da icarə əsasında çıxış edəcək.

2023/2024 mövsümündə Klement icarə əsasında "Aston Villa"da çıxış edib. Müdafiəçi 25 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniya çempionatının 2 turundan sonra “Atletiko” üçüncü yerdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387
avatar

Oxşar yazılar