"Barselona" əsas müdafiəçisi ilə yollarını ayırır
10 fevral 2024 15:12 (UTC +04:00)

"Barselona" əsas müdafiəçisi ilə yollarını ayırır

"Barselona"nın və Fransa millisinin müdafiəçisi Jül Kunde gələn yay klubunun qeydiyyatını dəyişə bilər. Bu barədə jurnalist Ferran Martinez sosial şəbəkədə məlumat verib.

Lent.az xəbər verir ki, jurnalistin sözlərinə görə, Kunde onun üçün maraqlı təklif olarsa, Kataloniya komandasının düşərgəsini tərk edə bilər. Qeyd olunur ki, "blauqrana" maliyyə feyr-pley qaydaları ilə bağlı problemlərə görə fransızı satmağı düşünür.

Daha əvvəl mətbuatda "Barselona"nın yayda hollandiyalı yarımmüdafiəçi Frenkie de Yonqla yollarını ayıra biləcəyi barədə məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12717
avatar

Oxşar yazılar