"Barselona" bu futbolçuya 4 illik müqavilə TƏKLİF ETDİ
24 aprel 2021 14:16 (UTC +04:00)

"Barselona" bu futbolçuya 4 illik müqavilə TƏKLİF ETDİ

İspaniyanın “Barselona” klubu futbolçusu Ansu Fati ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi gənc hücumçunu 2026-cı ilə qədər heyətində saxlamaq niyyətindədir.

18 yaşlı istedadın hazırkı müqaviləsi 2022-ci ildə başa çatır. Klub rəhbərliyi onu daha 4 il uzatmağı planlaşdırır. Onun anlaşmasında transfer qiyməti kimi  400 milyon avro təşkil edir.

Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən futbolçu uzun müddətdir komandasına kömək edə bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073
avatar

Oxşar yazılar