“Barselona” ilə Meksikanın “Amerika” klubu arasında yoldaşlıq oyunu başa çatıb. Dallasda (ABŞ) “Kotton Boul” stadionunda keçirilən görüş Meksika yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Barselona” Meksika klubu ilə matç sayəsində rəsmi olaraq 5 milyon avro qazanıb.
“Barselona”nın qollarını cinah müdafiəçisi Lamin Yamal və hücumçu Mark Giu vurub. “Amerika”nın hücumçuları Julian Quinones (dubl) və Enri Martin fərqlənib.
Xatırladaq ki, “Barselona”nın zədəli Mark-Andre ter Ştegen, İniqo Martines, Markos Alonso, Qavi, Pedri və Ronald Araujodan başqa bütün əsas oyunçuları Dallasa yollanıb.