"Barselona" Paranaensenin “Atletiko” klubunun hücumçusu Vitor Roke üçün 45 milyon avro ödəməyə hazırdır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, potensial transferin yekun məbləği hələ müəyyən edilməyib, lakin “Barselona” transfer müqaviləsinə hər hansı sabit ödənişdən əlavə, “Atletiko” üçün müxtəlif bonusların yazılacağı variantı öyrənir.
“Atletiko” rəhbərliyi hələ də rəsmi təklif almayıb və başa düşür ki, Rokenin müqaviləsində nəzərdə tutulan 60 milyon avroluq sərbəst qalma bəndinə nail ola bilməyəcəklər.
Həmçinin 18 yaşlı hücumçu ilə İngiltərənin "Arsenal", "Çelsi" və "Nyukasl" klubları, eləcə də Fransanın PSJ klubları maraqlanır. Roke artıq Braziliya yığmasında debüt edib. Onun "Atletiko" ilə müqaviləsi 2027-ci ilə qədərdir.