İsrailin paytaxtı Təl Əviv şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində daha bir cüdoçumuz medal qazanıb.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 100 kq. çəkidə yarışan cüdoçumuz Zelim Kotsoyev finalda niderlandlı idmançı Maykl Korreli məğlub edərək qızıl medala sahib olub.
Qeyd edək ki, daha əvvəl Orxan Səfərov (66 kq) gümüş medal qazanmışdı.