Bu gün futbol üzrə Millətlər Liqasının C divizionunda yarışacaq Azərbaycan millisinin rəqiblərinin adına aydınlıq gələcək.
Apasport.az xəbər verir ki, turnirin püşkatma mərasimi Bakı vaxtı ilə 21:00-da Fransanın paytaxtı Parisdə keçiriləcək.
Püşkatmada yığmamız Kosova, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alacaq. Millimiz 1-ci, 3-cü və 4-cü səbətdəki komandalardan birinə rəqib olacaq.
Qeyd edək ki, qaydalara görə, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda yer ala bilməz.
UEFA Millətlər Liqası
2024/2025 mövsümü
8 fevral
A Liqası
1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya
B Liqası
1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan
C Liqası
1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya
D Liqası
1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta
2-ci səbət: Andorra, San Marino, Lixtenşteyn