Mayın 31-də Avropa Liqasının final oyunu keçiriləcək, burada İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları qarşılaşacaq.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oyun Budapeştdəki “Puşkas Arena” stadionunda keçiriləcək.
.
Turnirin finalına gedən yolda “Sevilya” bir neçə top-klubu sıradan çıxarıb. Belə ki, ispanlar 1/16 finalda PSV-ni (3:0, 0:2), 1/8 finalda - "Fənərbaxça"nı (2:0, 0:1), ¼ finalda "Mançester Yunayted"i (2:2, 3:0) və yarımfinalda "Yuventus"la (1:1, 2:1) mübarizədən kənarlaşdırıblar.
“Roma” Joze Mourinyonun rəhbərliyi altında finala gedən yolda bu komandaları mübarizədən kənarlaşdırıb: Avstriya “Zalsburq”u (0:1, 2:0), İspaniyanın “Real Sosyedad”ı (2:0, 0:0), Hollandiya "Feyenoord"u (0:1, 4:1), Almaniyanın "Bayer"i (0:0, 1:0).
"Sevilya" və "Roma" rəsmi turnirlərdə yalnız bir dəfə qarşılaşıblar - 2020-ci ildə İspaniya klubu Avropa Liqasının pley-off mərhələsində "qurdlar"ı mübarizədən kənarlaşdırıb (2:0).
“Sevilya” – “Roma”: oyun proqnozu
Bukmekerlər hesab edirlər ki, "Sevilya" Avropa Liqasının finalında favoritdir.
İspaniya klubunun əsas vaxtda qələbəsi 2,80 qiymətləndirilir. “Roma”nın qələbəsi 2,90 əmsalla qiymətləndirilir. Heç-heçə - 3.00.
Bukmeker kontorlarının fikrincə, “Roma” və “Sevilya” dueli o qədər də effektli olmayacaq.
Avropa Liqasının finalında “Roma”nın yekun qələbəsi 1,96, “Sevilya”nın qələbəsi 1,90 qiymətləndirilir.
Xatırladaq ki, Avropa Liqasının hazırkı qalibi ötənilki finalda Şotlandiyanın “Reyncers”inə qalib gələn Almaniya “Ayntraxt”ıdır.
Avropa Liqasının ən titullu klubu “Sevilya”dır. İspaniya klubu tarixində altı dəfə bu turnirin qalibi olub.