Avro 2020-nin ilk finalçısı məlumdur. İyulun 6-da İtaliya millisi əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda İspaniyanı onbirmertrlik zərbələr seriyasında məğlub edərək finala vəsiqə qazanıb. Digər finalçı bu gün İngiltərə-Danimarka qarşılaşmasından sonra bəlli olacaq.
Çempionun hansı komanda olacağını hələ ki qəti söyləmək mümkün deyil. Lakin bu qitə turniri tarixində ən gözlənilməz komandalar çempion olublar. Hətta o illərdə heç kim bu komandaların qələbəsini gözləmirdi, ən sadiq azarkeşləri belə.
Lent.az gözlənilmədən Avropa çempionu olan komandaları təqdim edir.
Danimarka – 1992-ci il
1992-ci ildə bütün dünya siyasi hadisələrdən titrəyirdi və futbol da bu hadisələrin fonunda geri qalmamışdı. Beləliklə, 1992-ci ildə SSRİ milli komandası əvəzinə MDB millisi finalda oynamışdı və Yuqoslaviya eyni siyasi səbəblərdən turnirdən qovulmuşdu.
Danimarkalıların turnirə qatılması güclü Yuqoslaviyanın xaric olması sayəsində olmuşdu. Yığma komandanın oyunçuları turnir başlamazdan bir neçə gün əvvəl final mərhələsində oynayacaqlarını öyrənmişdilər. Eyni zamanda, demək olar ki, hamı artıq tətildə, çimərliklərdə idi və ən yaxşı formada olmaqdan uzaq idilər.
Danimarkalılara heç kim inanmırdı, onlar ciddi qəbul edilmirdi. Hətta vəziyyət elə həddə çatmışdı ki, millinin ən yaxşı oyunçusu Mikael Laudrup turnirə gəlməmişdi. Bu komandanın hansısa uğur qanacağına heç kim inanmırdı.
Danimarka ən çətin qrupda İsveçdən sonra 2-ci yeri tutaraq pley-offa çıxır. Bu qrupdakı Fransa və İngiltərə milliləri isə növbəti mərhələyə vəsiqə qazana bilməmişdilər.
Danimarkalılar yarımfinalda Niderlandı onbirmetrliklər seriyası ilə məğlub etmişdilər, finalda isə Almaniya üzərində 2:0 hesablı sensasiyalı qələbə qazanmışdılar.
Yunanıstan – 2004-cü il
2004-cü ildə Avropa çempionatında əsl sensasiya yaşanıb, çünki turnirdə heç vaxt futbol ölkəsi olmayan Yunanıstan qalib gəlmişdi.
Bu turnir tarixdə ilk dəfə açılış oyununda iştirak edən komandaların finalda qarşılaşması ilə da yadda qalıb. Bu Yunanıstan və Avropa çempionatının final mərhələsinə ev sahibliyi edən Portuqaliya idi. Bu iki komandanın finaldakı qarşılaşmasında Yunanıstan sensasiyaya səbəb olacaq qələbə qazanıb.
Yunanıstan halbuki qrupdan çox çətinliklə çıxa bilmişdi. ¼ finaldan başlayaraq final da daxil olmaqla bütün oyunlarda 1:0 hesabı ilə qalib gəlmişdilər.
Yunanıstan ¼ finalda Fransanı, yarımfinalda isə Çexiyanı yarışdan uzaqlaşdıra bilmişdilər.
Portuqaliya – 2016-cı il
2004-cü ildə turnirin əsas favoriti sayılan Portuqaliya, mütləq autsayderə məğlub olub. 2016-cı ildə isə hər şey əksinə baş verib.
Portuqaliya, 3-cü yeri tutan komandaların qrupdan çıxmasını mümkün edən yeni bir turnir formatı sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. Portuqaliyalılar qrupda özlərindən qabağa Macarıstan və İslandiya millisini buraxmışdılar.
Portuqaliya 1/8 finalda Xorvatiyaya 1:0 hesabı ilə qalib gəlir. ¼ finalda Polşanı onbirmetrliklər seriyası ilə yarışdan kənarlaşdırırlar. Yarımfinalda turnirin daha bir sensasiysı hesab edilən Uelsi 2-:0 hesabı ilə məğlub edirlər.
Portuqaliyanın finaldakı rəqibi isə turnirin mütləq favoriti, həm də ev sahibi Fransa olur.
Fransalılar bu oyunda çox səriştəli oynayıb hücum futbolu nümyiş etdirsə də, rəqibin qapısına yol tapa bilmirlər. Qeyd edək ki, Portuqaliya bu oyunda lideri Kriştianu Ronaldusuz mübarizə aparırdı. Oyunun taleyini əsas vaxta əlavə edilən 109-cu dəqiqədə Ederin vurduğu qol həll edir. Nəticədə, Portuqaliya Avropanın ən yaxşı millisi olur.