Rusiyanın Kemerovo vilayətində kikboksinq yarışı zamanı gözlənilməz hadisə yaşanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, gənc idmançılardan birinin atası oğlunun rəqibinə hücum edib. Belə ki, o, yarışın gedişindən razı qalmayıb və özü meydançaya qaçaraq digər idmançını vurmağa çalışıb.
Həmçinin, məlumata görə, yeniyetmənin atası oğlunun rəqibindən diz çökərək bağışlanma diləməsini tələb edib. Bu zaman isə idman məşqçisi hadisəyə biganə yanaşıb və digər gənc idmançının valideynlərinə məlumat verməyib.
Bu barədə polisə şikayət olunsa da, cinayət işi açılmayıb. Səbəb isə hadisə zamanı idmançıya heç bir xəsarət yetirilməməsidir.