Mirça Luçesku peşəkar məşqçilik karyerasını bitirmək niyyətində deyil.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Dinamo Kiyev”in keçmiş baş məşqçisinin sözlərinə görə, hazırda o, ən yaxşı təklifləri seçir.
Bundan əlavə, rumıniyalı mütəxəssis Kiyev klubundan çıxmasının səbəblərini açıqlayıb. Luçeskunun sözlərinə görə, hər şey ailə problemləri üzündən baş verib.
- Məşqçiliyə qayıtmağınız doğrudurmu?
- Düzdür, təqaüdə çıxmamışam. Həyat yoldaşım Nella Kiyevə köçməyə qorxduğu üçün “Dinamo”dan ayrıldım. Onun evdə tək mənim üçün narahat qalmasını istəmirdim.
Futbola hədsiz həvəsim var, amma bu, sağlamlığımdan asılıdır.
- Nvbəti klubunuz Beşiktaş ola bilər?
- Mən hər şeyi qiymətləndirirəm.
Xatırladaq ki, Luçesku 4 il baş məşqçilik etdiyi “Dinamo”dan noyabrda ayrılıb.