“Milan”ın hücumçusu Rafael Liu karyerasını İngiltərədə davam etdirə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Arsenal” futbolçunu almaqda maraqlıdır. Londonlular Rafael Liunun cəlb edilməsi məsələsini prioritet hesab edirlər. Qeyd olunur ki, baş məşqçi Mikel Arteta Portuqaliya millisinin futbolçusunun mümkün transferinin tərəfdarıdır.
Xatırladaq ki, bu mövsüm Liu bütün turnirlərdə 38 matçda iştirak edib, 12 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.
“Milan” A Seriyasının turnir cədvəlində ikinci yerdədir, Stefano Piolinin komandası 31 oyunda 68 xal toplayıb.