"Mançester Yunayted"in hücumçusu Markus Reşford komandanı tərk edə bilər.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, 26 yaşlı futbolçunun xidmətində Londonun “Arsenal” klubu maraqlıdır. "Topçular" bu mövsüm başa çatdıqdan sonra Reşfordu almağa çalışacaq. Qeyd olunur ki, futbolçunun nizam-intizamla bağlı problemlərindən sonra “Mançester Yunayted”dəki gələcəyi şübhə altında qalır.
Daha əvvəl məlum olmuşdu ki, “Mançester Yunayted” gecə məclisində iştirak etdiyinə görə Rəşfordu 764 min avro cərimələyib. Bu mövsüm futbolçu bütün yarışlarda 27 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
22 turdan sonra "Mançester Yunayted" 35 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci yerdədir. Çempionata 51 xalla "Liverpul" başçılıq edir.