Futbol üzrə İngiltərə Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Lent.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma keçirilib.
Turun mərkəzi görüşü Londonda baş tutub. "Arsenal" "Liverpul"u qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında "Vulverhempton" "Çelsi"ni 4:2, "Mançester Yunayted" isə "Vest Hem"i 3:0 hesabı ilə məğlub edib. "Nottingem Forest" - "Bournmunt" görüşü 1:1 yekunlaşıb.
Bu nəticələrdən sonra turnir cədvəlinə 51 xalla "Liverpul" başçılıq edir. "Arsenal" 49 xalla 2-cidir. Aktivində 46 xalı olan "Mançester Siti" 3-cü, eyni xala malik "Aston Villa" dördüncü pillədə qərarlaşıb.