1-ci Liqada "Eyüpspor" doğma meydanda "Altay"ı 4-1 hesabı ilə məğlub edib. Bu nəticə ilə “Eyüpspor” tarixində ilk dəfə Super Liqaya yüksəlib.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu nəticədən sonra "Eyüpspor" 29 həftənin sonunda xallarını 67-yə yüksəldib. İstanbul təmsilçisi liqanın bitməsinə 5 həftə qalmış Super Liqaya yüksəlməyə zəmanət alıb.
“Altay” isə liqanın bitməsinə 5 həftə qalmış 15 xalda qalıb.
Karyerasında ilk dəfə məşqçilik həyəcanını yaşayan Arda Turan birinci komandası ilə çempionluq sevincini yaşayıb.