Arda Güler
03 iyul 2024 09:35 (UTC +04:00)

Arda Güler

Arda Gülerdən qələbə şərhi: "Berlini xəyal edə bilirəm"

Türkiyə millisinin üzvü Arda Güler Avro-2024-ün 1/8 final mərhələsində Avstriyanı məğlub edərək (2:1) 1/4 finala adlamaqları haqda danışıb.

Lent.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi bu qələbə üçün çox çalışdıqlarını deyib: 

"Həqiqətən də inanılmaz bir axşam oldu. Xalqımızı sevindirdiyimiz üçün xoşbəxtik. Bizim müəyyən bir oyun planımız var idi. Stadiondakı atmosfer də möhtəşəm idi. Azarkeşlər bizi alovlandırırdılar. Biz də bunun qarşılığını verdik.

Bu gün baş məşqçimiz məni mərkəz hücumçusu kimi oynatdı. Müəyyən bir oyun planımız var idi. O, məndən oyun qurucusu olmağımı istədi. Mən də Avstriya ilə matçda bunu bacardığım üçün çox xoşbəxtəm. 

Daha əvvəl Avstriya ilə yoxlama oyununda pis nəticə qazanmışdıq. Çünki hamımız bunun bir yoxlama oyunu olduğunu anlayırdıq. Rəqibdən daha yaxşı vəziyyətdə olduğumuzu bilirdik. Çox çalışdıq və qələbə qazandıq. Berlini xəyal edə bilirəm. İnşallah, növbəti oyunda da xalqımızı sevindirərik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Oxşar yazılar