Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər İspaniyanın "Real" klubundan ayrıla bilər.
Lent.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist İnyaki Anqulo məlumat yayıb.
Onun fikrincə, "Kral klubu" əvvəl "Leypsiq" forması geyinən və Fil Dişi Sahili ilə Dünya Kubokunda məşhurlaşlan 19 yaşlı Yan Diomandeni 100 milyon avroya transfer edib və Arda Gülər ilə Endrik komandanı tərk edə bilər.
Xatırladaq ki, Arda Gülər "Real"a 2023-cü ilin yayında keçib və onun müqavilə müddəti 2029-cu il yunun 30-da tamamlanır.
Klub rəhbərliyinin onun müqavilə müddətini 2031-ci ilə qədər uzatmaq və maaşını artırmaq üzərində çalışdığı barəde iddialar da mövcuddur.