Almaniya millisinin çalışdırıcısı “Barselona” yolunda
04 mart 2024 09:45 (UTC +04:00)

Almaniya millisinin çalışdırıcısı “Barselona” yolunda

Almaniya millisinin hazırkı çalışdırıcısı Yulian Naqelsman karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə İtaliyanın "İtasportPress" agentliyi məlumat yayıb.

Məlumata görə, almaniyalı mütəxəssis "Barselona"ya keçə bilər.

Xatırladaq ki, Kataloniya klubunun baş məşqçisi Xavi Hernandes mövsümün sonunda "Barselona"dan ayrılacaq.

Qeyd edək ki, Naqelsman daha öncə Almaniyanın "Bavariya" klubunu çalışdırıb. 

# 2415
avatar

Oxşar yazılar