A Seriyasında 20 komanda qalacaq.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, İtaliya Futbolunun Böyük Liqasının Assambleyası komanda sayını 18-ə endirmək barədə təklifə mane olub.
İmtina səbəbləri arasında belə bir arqument səslənir: "İngiltərə və İspaniyanın hər birinin əsas futbol liqasında 20 komanda olduğu üçün bizim geri qalmağımız düzgün deyil".
Xatırladaq ki, İtaliya A Seriyasında əvvəllər 18 komanda mübarizə aparırdısa, 2004/2005-ci il mövsümündən etibarən onların sayı 20 olub.
Qeyd edək ki, "İnter", Turin "Yuventus"u və "Milan" rəhbərliyi İtaliya A seriyasında komandaların sayının azaldılmasını təklif edib.