Türkiyə çempionatı başlayır: tarix AÇIQLANDI
06 may 2020 15:14 (UTC +04:00)

Türkiyə çempionatı başlayır: tarix AÇIQLANDI

“Koronavirusla bağlı yaranan problem bütün dünya futboluna təsir edib”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir deyib.

Koronavirus pandemiyası səbəbindən dayandırılan Türkiyə Super Liqasının aqibəti ilə bağlı Özdəmir bu gün iclas keçirib.

O, Super Liqanın iyunun 12-də bərpa olunacağını açıqlayıb: “Futbolun oynanılması üçün bütün protokollar hazırlanıb. Çempionatımızın tamamlanması üçün bu günə qədər istər gənclər və idman nazirimiz, istərsə də UEFA və FİFA ilə müzakirə apardıq. Artıq bir yol xəritəsi cızmışıq. Hələlik əlimizdə fərqli ssenarilər var. Amma hazırkı durumda Superliqa da daxil olmaqla, bütün liqalarımızı 12-14 may tarixlərində bərpa etmək qərarına gəlmişik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Oxşar yazılar