Rusiya çempionatı dayandırıldı
17 mart 2020 13:59 (UTC +04:00)

Rusiya çempionatı dayandırıldı

Futbol üzrə Rusiya Premyer Liqası dayandırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar klubların bugünkü yığıncağında verilib.

Premyer Liqa minimum aprelin 10-a qədər təxirə salınıb. Buna koronavirus pandemiyasının yayılma təhlükəsi səbəb olub. 22 turu keçirilən çempionatda hazırda “Zenit” liderdir.

Qeyd edək ki, ötən həftəsonu Avropanın yalnız 6 ölkəsində çempionat oyunları keçirilib. Bunlardan ikisi – Macarıstanla Rusiya da yarışı dayandırmağa qərar verib. Ukraynanın da eyni addım atacağı gözlənilir. Türkiyə, Belarus və Serbiya isə hələlik çempionatı davam etdirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1325
avatar

Oxşar yazılar