Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıdı
18 noyabr 2019 17:19 (UTC +04:00)

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıdı

 

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov Çempionlar Liqasına təyinat alıb. 

Apasport.az saytının məlumatına görə, o, qadın voleybolçular arasında “Lokomotiv” (Rusiya) – “Maribor” (Sloveniya) oyununda əsas referi olacaq. 

Kalininqradda baş tutacaq görüşdə ikinci hakim funksiyasını Voyçieç Maroşek yerinə yetirəcək. 

Qrup mərhələsinin I turu çərçivəsində baş tutacaq matç noyabrın 20-də olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1166
avatar

Oxşar yazılar