Alperin "Qarabağ"dan imtinasının səbəbi açıqlandı
07 fevral 2020 14:04 (UTC +04:00)

Alperin "Qarabağ"dan imtinasının səbəbi açıqlandı


"Fənərbaxça"nın futbolçusu Alper Potukun "Qarabağ"a keçməməsinin səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi özü bu transferdə maraqlı olmayıb.

"Fənərbaxça"da komandadan uzaqlaşdırılan və Superliqa üçün iştirak ərizəsinə salınmayan Türkiyə millisinin üzvü İstanbulda qalmaq niyyətindən əl çəkməyib. Lakin klubu ilə müqavilədəki bəndə əsasən çempionluq yarışındakı rəqiblərinin heç birinə keçə bilməyib.

"Milliyet"in yazdığına görə, transfer dönəminin son günlərində "Fənərbaxça" onun "Qarabağ"a keçməsinə müsbət rəy verib. "Sarı-lacivərdlilər"də maaşı 40 faiz azaldılan və illik məvacibi 1,2 milyon avroya düşən 29 yaşlı orta sahə oyunçusunun keçidində klublar ortaq məxrəcə gəliblərmiş. Anlaşmaya əsasən, futbolçu "Qarabağ"a icarəyə gələcəkdi və 6 aylıq maaşının yarısını Türkiyə, yarısını da Azərbaycan klubu ödəyəcəkmiş. Lakin bu transferə də Alper özü razı olmayıb.

Qeyd edək ki, Alper Potukun "Fənərbaxça" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1918
avatar

Oxşar yazılar