AVRO-2020-nin təxirə salınması təklif olunub
15 mart 2020 23:31 (UTC +04:00)

AVRO-2020-nin təxirə salınması təklif olunub

 

İtaliya Futbol Federasiyası UEFA-ya AVRO-2020-nin təxirə salınması xahişi ilə müraciət edəcək.

Apasport.az saytının məlumatına görə, bunu federasiyanın prezidenti Qabriele Qravina açıqlayıb.

O bildirib ki, matın 17-də təşkil olunacaq videokonfransda qitə çempionatının final mərhələsinin təxirə salınması təşəbbüsü ilə çıxış edəcək: “Ölkə çempionatını iyunun 30-na qədər yekunlaşdırmağa ümid edirik. Bizə lazımdır ki, bu təqvimə Çempionlar Liqası və Avropa Liqası oyunlarını da daxil edək. Son tarix iyunun 30-udur. Biz UEFA-ya müraciətdə AVRO-2020-nin başqa vaxta keçirilməsi təklifi ilə çıxış edəcəyik”.

AVRO-2020 iyunun 12-dən iyulun 12-dək qitənin 12 şəhərində, o cümlədən Bakıda keçirilməlidir. Ölkəmizlə eyni – A qrupunun oyunlarını İtaliya paytaxtı Roma da qəbul edəcək. İlkin olaraq AVRO-2020-nin 2020-ci ilin dekabrına və ya 2021-ci ilə keçiriləcəyi ehtimal olunur.

Qeyd edək ki, martın 17-də UEFA üzvü olan milli assosiasiyalar və Avropa Klublar Assosiasiyası və Futbolçuların Həmkarlar İttifaqı ilə videokonfrans keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1261
avatar

ApaSport TV

Oxşar yazılar