400 metr məsafəyə sərbəst üzgüçülük üzrə hazırkı dünya rekordu Britaniya Kolumbiyasında keçirilən yarışda 99 yaşlı Kanada sakini Betti Brüssel tərəfindən yenilənib.
Lent.az “The Guardian”a istinadla xəbər verir ki, həmin gün üzgüçü 50 metr məsafəyə arxa və 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında rekord göstəricilər nümayiş etdirib.
Nəşr qeyd edir ki, rekordçu Hollandiyadandır. O, Amsterdam yaxınlığındakı kanallarda üzməyi öyrənib. Qadın əri ilə birlikdə Kanadaya köçüb və burada yarışlarda iştirak etməyə başlayıb.
Betti hələ yüz yaşı olmasa da, 100-104 yaş qrupunda yarışır.
Bu yaş qrupunda üzgüçülər çox az olduğundan, Brüssel demək olar ki, hər hovuza girəndə rekord vurur.