“Əbədi” hesab edilən daha bir dünya uğuru dəyişib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Femke Bol qapalı məkanda 400 metr məsafəyə qaçışda dünya rekordu qırıb. Bu, atletin ev atletikası üzrə ölkə çempionatında baş verib.
22 yaşlı hollandiyalı qadın məsafəni 49,26 saniyəyə qət edərək Yarmila Kratoxvilovanın nəticəsini yaxşılaşdırıb. Çex idmançısı, təxminən 41 il əvvəl, 1982-ci il martın 7-də bu məsafəni 49,59 saniyəyə qət edib.
Qeyd edək ki, bu, gənc hollandiyalının fevral ayında ikinci nailiyyətidir. Bundan əvvəl o, 500 metr məsafədə rekord vurmuşdu. Bol bunun öhdəsindən 65,63 saniyəyə gəlib.