İtaliya A seriyasının XV turu “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, veteran forvard “Cenoa” ilə səfər matçında çemionatın tarixinə düşüb.
10-cu dəqiqədə hesabı açan isveçli hücumçu 38 yaşından sonra vurduğu qol sayını 31-ə çatdırıb. Bununla 40 yaşlı Zlatan “Novara”nın sabiq hücumçusu Silvio Pioliyə məxsus rekordu təkrarlayıb. İbra daha bir dəfə fərqlənərsə, 38 illik rekordu yeniləyəcək və A seriyasında ən qolçu veteran ünvanını ələ keçirəcək.
Qeyd edək ki, “Cenoa” – “Milan” oyunu 0:3 hesabı ilə yekunlaşıb.