Yanvarın 21-də "Yuventus" A Seriyasının 21-ci turunun oyunuında səfərdə "Leççe"ni darmadağın edib - 3:0.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Turin klubunun baş məşqçisi Massimiliano Alleqri üçün bu, onun A Seriyasında 300-cü qələbəsi olub.
56 yaşlı mütəxəssis İtaliya çempionatının yüksək divizionu tarixində 300+ qələbə ilə yalnız üçüncü məşqçi olub. Ondan əvvəl bunu yalnız Nereo Rokko (302) və Covanni Trapattoni (352) bacarıb.