2025-ci ilin rəmzi heyəti  açıqlandı
03 noyabr 2025 22:42 (UTC +04:00)

2025-ci ilin rəmzi heyəti açıqlandı

0

"Qızıl top" mükafatının sahibi Usman Dembele və "Qızıl buts" mükafatının qalibi Kilian Mbappe 2025-ci ilin rəmzi komandasına daxil olublar.

Lent.az xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) Mətbuat Xidməti məlumat yayıb.

Müxtəlif ölkələrdən olan futbolçuların səsverməsi ilə seçilən 2025-ci ilin rəmzi komandasına aşağıdakı oyunçular daxil edilib:

Qapıçı - Canluici Donnarumma ("Mançester Siti", İngiltərə);

Müdafiəçilər: Əşrəf Hakimi, Nunu Mendeş (hər ikisi PSJ, Fransa), Vircil van Dayk ("Liverpul", İngiltərə);

Yarımmüdafiəçilər: Kol Palmer ("Çelsi", İngiltərə), Cud Bellinqem ("Real Madrid", İspaniya), Pedri ("Barselona", ​​​​İspaniya), Vitinya (PSJ, Fransa);

Hücumçular: Dembele (PSJ, Fransa), Mbappe ("Real Madrid", İspaniya) və Lamin Yamal ("Barselona", İspaniya).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 661

Oxşar yazılar