Çimərlik voleybolçusu Yekaterina Abramova avtomobil qəzası nəticəsində 18 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının Telegram-kanalında məlumat verilib.
Abramova fevralın 20-də ölüm xəbəri yayılan gənclər arasında çimərlik voleybolu üzrə Avropa çempionatının bürünc mükafatçısı İvan Osipovla eyni maşında olub. 20 yaşlı idmançı 6 gün komada yatsa da, həkimlər onu xilas edə bilməyiblər.