Məşhur ingilis keçmiş futbolçu Ueyn Runi 18 yaşında İngiltərə millisində çıxış etdiyi 2004-cü il Avropa çempionatı zamanı keçirdiyi hissləri xatırlayıb.
“İnanırdım ki, o vaxt da mən dünyanın ən yaxşı oyunçusuyam. Bu, mənim güvənimin təzahürü idi”, - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Runi deyib.
Keçmiş futbolçu qeyd edib ki, Fransa millisi ilə ilk oyunu xatırlayır, onu çox səbirsizliklə gözləyib, çünki Zidan, Vieyra, Henriyə qarşı oynayacaqdı: “Həm də mənim kimi gənc oyunçunun belə bir turnir üçün milli komandaya çağırılmasına şübhə edən Tyüramla. Bu oyunda xüsusi əhval-ruhiyyədə olmağım üçün bir çox səbəblərim var idi.
Biz oynadıq və xatırlayıram ki, fransızlar mənim yüksək atletika səviyyəsimə çox təəccüblənirdilər, mənə çata bilmirdilər”, - Runi vurğulayıb