"Liverpul"un misirli ulduzu Məhəmməd Salahla bağlı diqqətçəkən iddia ortaya atılıb. İngiltərə mətbuatı təcrübəli futbolçunun mövsümün sonunda "Liverpul"u tərk edəcəyini bildirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Məhəmməd Salahın prinsipial razılığa gəldiyi komandanın "Liverpul"a 150 milyon funt-sterlinq transfer haqqı ödəyəcəyi qeyd edilib. “Football Insider”in xəbərinə görə, Səudiyyə Ərəbistanı klubu yeni mövsüm üçün Məhəmməd Salahla prinsipial razılığa gəlib.
Bildirilib ki, Məhəmməd Salah Səudiyyə Ərəbistanı komandasının təklifini şifahi qəbul edib. “Liverpul”un bu transferdən 150 milyon sterlinq transfer gəliri qazanacağı vurğulanıb.
Məhəmməd Salahın müqaviləsi gələn mövsüm başa çatacağından bu anlaşmanın "Liverpul" üçün yaxşı olduğu qeyd edilir. Səudiyyə Ərəbistanı mətbuatının yazdığına görə, Məhəmməd Salah "Əl İttihad" komandası ilə anlaşıb.
Məhəmməd Salah bu mövsüm 15 oyunda "Liverpul"un formasını geyinib. Misirli futbolçu bu görüşlərdə 10 dəfə rəqib qapısına yol tapıb. O, eyni müddətdə 4 məhsuldar ötürmə edib. 31 yaşlı ulduzun hazırda bazar dəyəri 65 milyon avrodur.