“Neftçi” bu qələbəni ən yaxın rəqibi “Xəzər Lənkəran”ın Bakıda AZAL-a minimal hesabla məğlubiyyətindən sonra əldə edib. Lənkəran komandası Kamran Ağayevin zədə üzündən oynamadığı matçda ehtiyat qapıçı Yevgeni Kopilin səhvi üzündən qapısında qol görüb. Kopil topu əlində saxlaya bilməyib və yerə düşən “mərmi”ni AZAL-ın hücumçusu Enyo Krastovçev tora göndərib. Bununla da “Xəzər Lənkəran” lider “Neftçi”dən 4 xal geri düşüb. Oyundan sonra keçirilmiş mətbuat konfransında Lənkəran komandasının baş məşqçisi Mirça Rednik hakimlikdən narazı qaldığını bildirib. O, baş hakim Rövşən Əhmədovu xırda follarla matçın tempini öldürməkdə ittiham edib.
Günün daha 2 matçı ikinci “6-lığ”a təsadüf edib. Bu oyunlarda MOİK təsnifat mərhələsinin ilk dövrəsində olduğu kimi, “Qəbələ”dən xal almağı bacarıb. “Turan” isə “Gəncə”yə qalib gəlib.
13 mart
“Bakı” – “Neftçi” - 0:1
Flavinyo, 8
“Turan” (Tovuz) – “Gəncə” - 1:0
Yasin Abbasov, 27
Qırmızı vərəqə: Patris Nukeu, 38 (“Gəncə”)
MOİK (Bakı) – “Qəbələ” - 1:1
Emin Cəfərquliyev, 55 - Deon Barton, 50
Qırmızı vərəqə: Ramin Tanrıverdiyev, 59 (MOİK)
AZAL (Bakı) – “Xəzər Lənkəran” - 1:0
Enyo Krastovçev, 76
12 mart
“İnter” (Bakı) – “Qarabağ” (Ağdam) - 0:2
Rauf Əliyev, 58. George Adamiya, 74
“Simurq” (Zaqatala) – “Muğan” (Salyan) - 1:3
Mario Santana, 57 - Cavad Mirzəyev, 45. Hüseyn Axundov, 55. George Qulordava, 90+4
| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Neftçi | 23 | 15 | 6 | 2 | 41-9 | 51 |
2 | Xəzər Lənkəran | 23 | 14 | 5 | 4 | 28-13 | 47 |
3 | Qarabağ | 23 | 14 | 3 | 6 | 32-14 | 45 |
4 | İnter | 23 | 12 | 4 | 7 | 24-18 | 40 |
5 | AZAL | 23 | 10 | 9 | 4 | 28-16 | 39 |
6 | Bakı | 23 | 9 | 6 | 8 | 28-22 | 33 |
7 | Qəbələ | 23 | 8 | 8 | 7 | 20-15 | 32 |
8 | Muğan | 23 | 8 | 6 | 9 | 17-24 | 30 |
9 | Gəncə | 23 | 5 | 9 | 9 | 23-28 | 24 |
10 | Turan | 23 | 4 | 6 | 13 | 18-35 | 18 |
11 | Simurq | 23 | 2 | 6 | 15 | 13-37 | 12 |
12 | MOİK | 23 | 1 | 4 | 18 | 7-48 | 7 |
Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 15, Georgi Adamiya (“Qarabağ”) – 11, Rauf Əliyev (“Qarabağ”) - 10 qol.