Rusiya yığması Bakıya yenə əsas heyəti gətirmədi
Bu gün Bakı İdman Sarayında start götürən Heydər Əliyevin xatirəsinə “Qızıl Qran-pri” turnirinin final mərhələsinə Rusiyanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları əsas heyətlə qatılmayıb.
Lent.az-ın Rusiya İdman Güləşi Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, şimal qonşularımız 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış etmiş pəhləvanlardan yalnız 1-ini Azərbaycan paytaxtına gətirib.
Bu, Pekin olimpiadasında 120 kq çəkidə gümüş medal qazanan Bəxtiyar Əhmədovdur. 31 mart – 5 apreldə Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatında çıxış etmiş pəhləvanlardan isə sərbəst və qadın güləşçilərin əksəriyyəti Bakıda xalça üzərinə çıxacaq. Qitə çempionatında 4 qızıl, 1 bürünc medal qazanaraq, ümumi komanda hesabında I yeri tutan Rusiya yunan-Roma güləşçilərindən heç biri ölkəmizə gəlməyib. Əvəzində baş məşqçi Qoqi Koquaşvili 5 yeni “klassik” güləşçini sınaqdan çıxaracaq:
Rusiya yığmasının heyəti:
Yunan-Roma güləşi: Valeri Borqoyakov (55 kq), Aslan Abdullin (60 kq), Arunat Kuçinov (66 kq), Yevgeni Boqomolov (84 kq), Rüstəm Totrov (96 kq)
Qadın güləşi: Liliya Kaskarakova (48 kq), Yekaterina Krasnova (51 kq), Natalya Smirnova (55 kq), Olqa Kiosova (59 kq), Lyubov Volosova (63 kq), Yuliya Bartnovskaya (67 kq), Alyona Starodubtseva (72 kq)
Sərbəst güləş: Nəriman İsrapilov, Mahmud Maqomedov (hər ikisi 55 kq), Əhməd Çokayev (60 kq), Adam Batirov, Amir Berukov (hər ikisi 66 kq), Hacımurad Murtazaliyev, Zəlimxan Paranqayev (74 kq), Maqomed İbrahimov (84 kq), Alan Zaseyev (96 kq), Bəxtiər Əhmədov, Soslan Qaqloyev (hər ikisi 120 kq).
Qeyd edək ki, “Qızıl Qran-pri” turnirinin final mərhələsi iyulun 19-dək davam edəcək.

Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22