“Turan” yeni baş məşqçini təqdim etdi
Lent.az-ın məlumatına görə, tədbirdə türkiyəli mütəxəssis klubla ilyarım müddətinə müqavilə bağladığını deyib.
Lakin klubun prezidenti Musa Süleymanov anlaşma müddətinin daha bir il uzadıla biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu, komandanın çıxışlarından asılı olacaq.
Şensoy bildirib ki, onun əsas məqsədi bu mövsüm “Turan”ı Unibank Premyer Liqasında saxlamaq, gələn mövsüm isə komandanı gücləndirib ilk “altılıq” uğrunda mübarizə aparmaqdan ibarətdir.
Musa Süleymanov yeni baş məşqçinin bu fikirləri ilə razılaşmayaraq deyib ki, əgər məqsəd bu mövsüm Premyer Liqada qalmaqdan ibarət olsaydı, klub bunu Naci Şensoysuz da bacarardı. Klub prezidenti əvvəlki baş məşqçi Revaz
Dzodzuaşvili ilə yollarının ayrılması səbəbini belə izah edib: “Dzozduaşvili yaxşı mütəxəssisdir. Ola bilsin, ona komandamızda yeni iş verdik. Amma Dzodzuaşvilinin kollektivlə dil baryeri var idi. Gürcü mütəxəssis rus dilində danışırdı. Kollektivdə isə bu dili bilən cəmi bir-iki nəfər vardı. Şensoy isə oratordur. Onu hələ ilyarım öncə gətirmək istəyirdik”.
Yeni baş məşqçinin köməkçilərinin adları hələ müəyyənləşməyib. Şensoy bildirib ki, əvvəllər çalışdığı Bolqarıstan, Türkiyə və “Turan”a ilk rəhbərliyi dövründə öz yanında gətirdiyi köməkçiləri ilə birgə çalışıb. Lakin indi komandanın maddi şəraitinə uyğun olaraq, yerli mütəxəssislərlə işləməli olacaq: “Rafael Benites İtaliya “İnter”inə yollanarkən, özü ilə 18 nəfər aparmışdı. Amma indi “Turan”da belə bir imkan yoxdur ki, özümlə köməkçi-məşqçi də gətirim”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46
Aleks Ferqyuson bütün zamanların ən yaxşı futbolçusunu AÇIQLADI
6 may 2025 , 18:52
Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM
6 may 2025 , 15:06
Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion öldü
6 may 2025 , 11:52
"Çelsi"nin hücumçularından biri komandadan ayrılacaq
6 may 2025 , 10:14
PSJ “Real”ın hücumçusu ilə maraqlanır
5 may 2025 , 22:04